Yeni dəhşətli zəlzələ

Yeni dəhşətli zəlzələ
  19 Aprel 2014    Oxunub:2175
Meksikada güclü zəlzələ baş verib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, ABŞ Geologiya xidmətinin məlumatına görə, zəlzələnin gücü Rixter şkalası ilə 7,5 bal olub.

Zəlzələnin episentri qərbi Qerrero ştatında yerləşir. Bu, Akapulko kurortunun yaxınlığında yerləşir. İnsan ölümü və dağıntılar barədə məlumat hələ ki, yoxdur.

Ölkənin paytaxtı Mexiko şəhərində evlər 30 saniyə ərzində silkələnib, şüşələr partlayaraq dağılıb. İnsanlar təlaş içində küçəyə qaçıblar.


Teqlər:





Xəbər lenti