Yeni ay təzələndi

Yeni ay təzələndi
  28 İyul 2014    Oxunub:948
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyini açıqlayıb.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yeni ay öncədən bildirildiyi kimi iyulun 26-dan 27-nə keçən gecə saat 03:43-də təzələnib.

Onun sözlərinə görə, ay təzələnərkən Günəş xəttində olduğu üçün onu görmək mümkün deyil: “Ay yerini 2-3 gün ərzində dəyişir. Bu o deməkdir ki, yerini dəyişdikdən sonra iyulun 27-ə təzələnən ayı iyulun 29-da görmək mümkün olacaq”.

X. Mikayılov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanası yalnız yeni ayın təzələndiyi vaxtı açıqlayır.

O həmçinin əlavə edib ki, Ramazan bayramının vaxtı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən açıqlanır və bu barədə ictimaiyyətə məlumat verilir.

Qeyd edək ki, bu il ölkədə Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib.



Teqlər:





Xəbər lenti