Yeni ilin yol faciələri - 26 ölü, 55 yaralı

Yeni ilin yol faciələri - 26 ölü, 55 yaralı
  11 Yanvar 2017    Oxunub:1771
2017-ci ilin ilk 10 günü ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu günlər ərzində respublikanın avtomobil yollarında 39 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 26 nəfər ölüb, 55 nəfər yaralanıb.

Yeni ilin 10 günü ərzində respublikanın daxili işlər orqanları tərəfindən 855 cinayət faktı qeydə alınıb. Onlardan 256 sı “isti izlər”lə açılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti