Yayda metrodan istifadə edənlərin sayı artıb - 108,3 milyon

Yayda metrodan istifadə edənlərin sayı artıb - 108,3 milyon
  27 İyul 2014    Oxunub:1143
Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-iyun aylarında 61,5 milyon ton yük, 757,3 milyon sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 və 6,1 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 3,2 faiz, sərnişin dövriyyəsi isə 6,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 3,9 faiz artaraq 108,3 milyon nəfər olub.


Teqlər:  





Xəbər lenti