Yayda Gürcüstana iki milyon əcnəbi səfər edib

Yayda Gürcüstana iki milyon əcnəbi səfər edib
  03 Sentyabr 2015    Oxunub:1426
İyun-avqust aylarında Gürcüstana iki milyondan çox xarici vətəndaş gəlib ki, bu da ötən ilki göstəricidən 10 faiz çoxdur.

AzVisionaz Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası xəbər yayıb.

Ümumilikdə Gürcüstanda bir gün və daha artıq qalan ziyarətçilərin 2,4% faiz artıb.

Yay aylarında Gürcüstan səfər edənlərin 917 mindən çoxu turist olub.

`Bu ötən ilki göstərici ilə müqayisədə olduqca uğurlu və ciddi göstəricidir. Çünki, 2014-cü il turist və xarici səfərlər baxımından rekord ili olub. Bu ildə biz regionda mövcud xarici şoklara baxmayaraq yaxşı göstəricilər əldə etmişik`, - deyə Administrasiya rəhbəri Georgi Çoqovadze bildirib.

Eldar Tanrıverdiyev
AzVisionaz


Teqlər:  





Xəbər lenti