Yatsenyuk Ukraynanın baş naziri seçildi

Yatsenyuk Ukraynanın baş naziri seçildi
  27 Noyabr 2014    Oxunub:1495
Ali Rada Arseniy Yatsenyuku Ukraynanın baş naziri postuna namizədliyini təsdiqləyib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Ali Radanın ilk iclasında Yatsenyukun namizədliyinin xeyrinə 341 parlamentari səs verib. İki deputat onun əleyhinə səs verib. Yeddi nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, bu gün Ali Radanın ilk iclası keçirilib.

Digər məlumata əsasən isə parlamentin spikeri postuna Vladimir Qroysmanın namizədliyi irəli sürülüb.

Ukrayna Ali Radası hökumətin yeni tərkibi barədə məsələyə dekabrın 2-i baxacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti