Bakıda güclü yanğın - 20 nəfər təxliyə edildi

Bakıda güclü yanğın - 20 nəfər təxliyə edildi
  02 Mart 2015    Oxunub:1966
Bakıda yataqxana binasında yanğın olub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti