Yaşı 18-dən az olan bəy və gəlinlərin sayı

Yaşı 18-dən az olan bəy və gəlinlərin sayı
  28 İyul 2016    Oxunub:3728
Ötən il Azərbaycanda 18-ə yaşa qədər 401 yeniyetmə nikaha daxil olub.
Bu barədə AzVision.az-a Dövlət Statistika komitəsindən məlumat verilib.

Bildirilib ki, 2015-ci ildə 18 yaşı tamam olmayan 3 oğlan, 388 qız nikaha daxil olub.

2014-cü ildə isə 18 yaşı tamam olmayan 481 yeniyetmə nikaha daxil olub. Onlardan 2-i oğlan, 479-u qızdır.

Qeyd edilib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərə çarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti