Yasamalda 2 nəfər intihar etmək istədi

Yasamalda 2 nəfər intihar etmək istədi
  25 İyun 2016    Oxunub:1516
Bu gün səhər Bakının Yasmal rayonunda 2 nəfər intihara cəhd edib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, 2 nəfər Yasamalda tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:39-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti