Yararsız mallar satışdan çıxarılıb

Yararsız mallar satışdan çıxarılıb
  22 Sentyabr 2014    Oxunub:1389
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Xəzər, Sabunçu rayonlarında və Xırdalan şəhərində, eləcə də Gəncə, Şirvan, Qusar, Ağsu, Lənkəran, Zaqatala, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.



Teqlər:





Xəbər lenti