Yanğın - 5 inək tələf oldu

Yanğın - 5 inək tələf oldu
  30 İyul 2014    Oxunub:985
Ağdamın Quzanlı qəsəbəsində mal-qara tələfi ilə nəticələnən yanğın baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qəsəbə vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tövlədə olan 5 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.


Teqlər:





Xəbər lenti