Yanğın 15 min insanı evsiz qoydu - (VİDEOXƏBƏR)

Yanğın 15 min insanı evsiz qoydu - (VİDEOXƏBƏR)
  08 Fevral 2017    Oxunub:2599
Filippinin paytaxtı Manilada liman yaxınlarında yerləşən gecəqondu məhəlləsində baş verən yanğın nəticəsində təxminən 15 min adam evsiz qalıb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, yanğın zamanı 7 nəfər xəsarət alıb, mindən çox ev külə dönüb.

Parola Compound adlı məhəllədə gecə saatlarında başlayan yanğın ancaq səhər saatlarında söndürülüb. Bölgədəki üç böyük bina evakuasiya mərkəzi edilib və evsiz qalan minlərlə adam bu mərkəzə yerləşdirilib.

Dünyada əhalinin ən çox yaşadığı şəhərlərdən biri olan Manilada fabriklərdə və gecəqondu məhəllələrində tez-tez yanğın baş verir.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti