Yanan binanın 46 ailəsi yeni ünvanda

Yanan binanın 46 ailəsi yeni ünvanda
  22 May 2015    Oxunub:2388
Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı 16 mərtəbəli binanın yanması nəticəsində evsiz qalan 56 ailədən 46-nın yerləşdirilməsi başa çatdırılıb.
Bunu AzVision.az-a açıqlamasında Binəqədi İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söyləyib.

O bildirib ki, onlardan 12 mənzil sakini pansionatlara məskunlaşdırılıb. 34 mənzil sakini isə öz istəyi ilə kirayəyə çıxıb. Kirayə qalanlar özlərinin tapdıqları mənzillərdə yerləşdiriliblər ki, bu evlərdən də ən bahalarının aylığı 600-700 manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti