Yanan bina haqda ən son məlumatlar - VİDEO

Yanan bina haqda ən son məlumatlar - VİDEO
  28 May 2015    Oxunub:4106
Binəqədi rayonunda yanan binanın üzlüklərinin sökülməsi bu həftə yekunlaşacaq.Gələn həftədən binanın daxilində təmirə başlanılacaq.Təmiri həyata keçirən səhmdar cəmiyyətin sədri "Xəzər Xəbər"ə müsahibəsində görüləcək işlər barədə məlumat verib.

Mayın 19-da Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının təmir-bərpa işləri "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinə həvalə edilib. Şirkətin prezidenti Ağalar Vəliyev deyir ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəsissləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bina tam dayanıqlıdır. Sadəcə bəzi düyünlərdə bərpa-gücləndirmə işlərinə ehtiyac var.

Binanın təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır.Mütəxəssislər fasadın üzlənməsi ilə bağlı 3 variant üzərində işləyir.

Binanın çox yükləməməsi şərti ilə variantlardan biri həyata keçiriləcək. 4-5 ay ərzində binanın tam təmir edilib sakinlərə təhvil verilməsi planlaşdırılır.

"Azəraqrartikinti" Bakıda daha iki binanın üzlüklərinin dəyişdirir. Səhmdar Cəmiyyət indiyədək dövlət və tarixi binaların təmir və tikintisini aparıb. Milli Məclis binasının restavrasiyası və yeni inzibati binasının tikintisi, Milli Elmlər Akademiyasının əsas binasının təmir-bərpa işləri, Dövlət İncəsənət Muzeyi, Heydər Əliyev Sarayı, Azərbaycan Tarixi Muzeyinin təmir- bərpa işlərini bu şirkət yerinə yetirib.




Teqlər:





Xəbər lenti