Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək
  09 Oktyabr 2015    Oxunub:2391
Azərbaycan ərazisində yağışlı hava şəraiti sabah da davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv yağış olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oktyabrın 10-da Abşeron yarımadasında gündüz xəzri küləyinin güclənməsi bəzi meteohəsas insanlarda narahatlıq yaratsa da, oktyabrın 11-12-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti