Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək
  06 Oktyabr 2015    Oxunub:2330
Azərbaycanda yağmurlu hava davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bakıda 26 dərəcə isti olacaq. Lakin gecə və səhər yarımadanın bəzi yerlərinə qısamüddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-27, Bakıda isə gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza əsasən, oktyabrın 7-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:  





Xəbər lenti