Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək
  26 Oktyabr 2016    Oxunub:1861
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11° isti olacaq.

Oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti