Yağış yağacaq

Yağış yağacaq
  23 Oktyabr 2016    Oxunub:1499
Bu gün Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti