YAP gəncləri yürüş etdi - FOTOLAR

YAP gəncləri yürüş etdi - FOTOLAR
  30 Yanvar 2015    Oxunub:3033
2 fevral Gənclər günü münasibət ilə YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyi yürüş təşkil edib.

Birliyin 540-dan çox könüllü üzvünün qatıldığı yürüş YAP Gəncə şəhər Təşkilatının binasının önündən başlayıb. Gənclər şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Cavadxan küçəsinə yürüş edib. Burada şəhərin fəal gəncləri maraqlı kompozisiyalar nümayiş etdirib.

Şəhərin gənclərdən ibarət nağara ritm, rəqs, eləcə də gitara ifa edən qrupları bacarıqlarını göstərib. Həmçinin yürüş iştirakçıları 60-a yaxın gənc rəssamın əsərinə də tamaşa edib. Sonda şəhərin ortaümumtəhsil məktəblərinin şagirdləri hərbi paltarda keçid ediblər.

Qalereya




Teqlər:





Xəbər lenti