YAP dövlət başçısını təbrik etdi - FOTOLAR (VİDEOXƏBƏR)

YAP dövlət başçısını təbrik etdi - FOTOLAR (VİDEOXƏBƏR)
  24 Dekabr 2016    Oxunub:4498
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Gələcəyin Ünvanı: Prezident İlham Əliyevin İslahatlar Stategiyası” adlı konfrans keçirilir.
AzVision.az-ın xəbərinə görə, konfransda baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri iştirak edirlər.

Konfransı giriş nitqi ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycan yeni inkişaf astanasındadır: “Azərbaycanda islahatlar konsepsiyası işlənib-hazırlanmaqdadır. Bu konsepsiyanın hazırlanması Azərbaycanın möhtəşəm inkişaf nümunələrini dünyaya təqdim edə biləcək”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın keçmişdəki inkişafı nə qədər şərəflidirsə, gələcək inkişafı da elə olacaq: “Bu gün Heydər Əliyevin arzu etdiyi gələcəyi İlham Əliyev qurur. Bu gələcəkdə rifah var. Azərbaycanın inkişafı İlham Əliyevin sayəsində təmin ediləcək”.

Sonda Ə.Əhmədov YAP-ın çoxminli üzvləri adından Prezident İlham Əliyevi doğum günü münasibəti təbrik edib.

































Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti