YAP referendum hazırlığına başladı
Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir.
Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunub, eyni zamanda Referendumun keçirilməsi ilə əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.
AzVision.az