YAP-çı deputatdan “Coca-Cola” haqda sərt sözlər

YAP-çı deputatdan “Coca-Cola” haqda sərt sözlər
  03 Mart 2015    Oxunub:3547
“İndi Coca-Cola bizim yadımıza el bayramımızı salmağa çalışır, yoxsa bizim Novruz bayramına olan biganəliyimizi yox etməyə çağırır? Bu reklamı quranlar nə dediklərinin fərqindədirlərmi?”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin depuatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə sosial şəbəkədəki səhifəsində qeyd edib.

Millət vəkili "Coca-Cola”nın reklamının Azərbaycan xalqı üçün təhqir olduğunu bildirib:

“Coca-Cola Azərbaycan xalqına Novruz bayramını keçirməyi öyrədir?

Bayaq təsadüfən Park Bulvar ticarət mərkəzinin yanından keçirdim. Möhtəşəm binanın qarısından asılan böyük ölçülü reklam lövhələrindəki yazılar məni təəccübləndirdi. Reklam lövhələrində yazılıb: "Coca-Cola Novruzu bayram edək".

Başa düşmədim, xarici şirkət mənim xalqımı bizim qədim el bayramızı bayram etməyə çağırır? Bəs indiyə qədər etdiyimiz nə imiş?

Hesab edirəm ki, belə reklamlar Azərbaycan xalqı üçün təhqirdir və bizi aşağılmağa yönəlib. Heç kimin bizləri mədəniyyətimi qorumağına çağırmasına ehtiyacımız yoxdur. Hətta dövlətçiyimizi itirdiyimiz dövrdə belə Azərbaycan xalqı öz milli mənsubiyyətinə, öz adət-ənənəsinə sadiq qalıb. Sovet dövründə 1967-ci ildə DTK sədrinin birinci müavini general Heydər Əliyevin apardığı fəaliyyət nəticəsində Novruz bayramını Respublika səviyyəsində bayram etmək mümkün oldu.

İndi isə kimlərsə bizim yadımıza bayram etməyin vacibliyini salır və bu bu fonda öz məhsulunu reklam edir.

Hesab edirəm, Park Bulvarın müvafiq məsul çəxsləri də binalarını reklam üçün verəndə, nəyin reklam edildiyinin fərqinə varmalıdırlar”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti