YAP-çı deputat müsavatçının toyunda - FOTO

YAP-çı deputat müsavatçının toyunda - FOTO
  19 Oktyabr 2014    Oxunub:3481
Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafilin oğlunun toyu olub. AzVision.az xəbər verir ki, toy mərasimində Müsavat yetkililəri ilə yanaşı hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də iştirak edib.

Bundan əlavə mərasimdə diqqətçəkən məqamlardan biri Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun keçmiş başqan İsa Qəmbərlə eyni masada oturmamasıdır. Müsavat funksionerləri bir masa ətrafında əyləşsələr də Q.İbadoğlu başqa bir masada əyləşib. Bu görüntülər Q.İbadoğlu ilə İsa Qəmbər arasında münasibətlərin soyuqluğundan xəbər verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti