YAP-çı deputat Kəlbəcər girovu ilə görüşmək istəyir

YAP-çı deputat Kəlbəcər girovu ilə görüşmək istəyir
  31 Oktyabr 2014    Oxunub:1642
Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsinə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə deputat Facebook səhifəsində bildirib.

A.Mirzəzadə Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inandığını və gələn dəfə artıq onunla görüşə gələcəyini bildirib:

“Ailəsinə yaxın qohumu Ramizlə birlikdə getdik.

Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmət ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər.

Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb.

Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızı bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb.

Baş Nazirin müavini, Qaçqınkomun sədri Əli Həsənovun ailə ilə daima maraqlandığını söylədilər.

Həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söylədim.

Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər.

Ailə üzvləri Şahbaz və Dilqəmin sağlalığından ciddi narahat olduqları da bildirdilər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntüləri onlara normal baxmadıqlarından xəbər verir.

Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inadığmızı və gələn dəfə artıq onunla görüşə gələcəyimi bildirdim.

Şahbaz Quliyevin ailəsindən bir neçə şəkil götürdüm, onları bir qədər sonra səhifəmdə yerləşdirəcəyəm” .


Teqlər:  





Xəbər lenti