Xristian dünyası müsəlmanlara qarşı birləşir - Tarixdə ilk görüş

Xristian dünyası müsəlmanlara qarşı birləşir - Tarixdə ilk görüş
  12 Fevral 2016    Oxunub:3100
Bu gün Roma Papası Fransisk ilə Rusiya patriarxı Kiril arasında görüş keçiriləcək. Kubanın paytaxtı Havanada keçiriləcək görüşdə xristian dünyasının hazırki vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bu barədə AzVision.az `Vesti`-yə istinadən xəbər verir.

“Yaxın Şərqdə, Şimali və Mərkəzi Afrikada və bir sıra başqa regionlarda ekstremistlər xristian əhaliyə qarşı əsl genosid həyata keçirirlər. Bu, təcili tədbirlərin görülməsini və xristian kilsələri arasında daha sıx əlaqənin qurulmasını tələb edir. İndiki faciəvi situasiyada daxili narazılıqları kənara qoymaq və xristianların amansız təqibə məruz qaldıqları regionlarda onları xilas etmək üçün səyləri birləşdirmək lazımdır”,-deyə Rusiya patriarxlığının saytında qeyd edilib.

Mitropolit İlarion Volokolamskiy bildirib ki, xristianların durumu bütün dünya ölkələrini əhatə edən vahid anti-terror koalisiyasının yaranmasına ehtiyac olduğunu göstərir.

“Bu birlik yalnız siyasi yox, dini liderlərin də olduğu xoşməramlı insanlardan təşkil olunmaldır”.

Qeyd edək ki, liderlərin görüşü Xristian dünyası üçün böyük bir hadisədir. Bu, tarixdə ilk dəfə baş tutacaq Papa-Patriarx görüşüdür.

Bu ideya ilk dəfə 1996-cı ildə, hələ İohann Pavel ilə Patriarx II Aleksinin zamanında ortaya atılıb. Xristian dünyası düz 20 ildir bu görüşün nə zaman reallaşacağını gözləyirdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti