Xoşqədəmin verilişi niyə dayandırıldı? - AÇIQLAMA+VİDEO

Xoşqədəmin verilişi niyə dayandırıldı? - AÇIQLAMA+VİDEO
  25 Noyabr 2014    Oxunub:4988
Ötən gün Xoşqədəm Hidayətqızının aparıcılığı ilə ATV-də yayımlanan “Səni axtarıram” verilişinin yayımı qəflətən dayanıb.
AzVision. axşam.az-a istinadən xəbər verir ki, yarımçıq saxlanılan proqramın yerinə film nümayiş olunub. Bir neçə dəqiqədən sonra “Səni axtarıram” yenidən efirə çıxıb.

Verilişin prodüseri Əli Vəliyev yaranan problemlə bağlı açıqlama verib:
“Texniki bir problem olmuşdu. Ona görə də, yayıma ara verildi. Amma bir neçə dəqiqədən sonra veriliş qaldığı yerdən davam edib. Hərdən belə hallar baş verir. “Səni axtarıram” yayımlanacaq, heç bir problem yoxdur, işlər olduğu kimi davam edir”.

AzVision.az həmin anları təqdim edir:




Teqlər:  





Xəbər lenti