Xoş xəbər - Hava mülayimləşəcək

Xoş xəbər - Hava mülayimləşəcək
  04 İyul 2015    Oxunub:2793
Sabah Bakıda hava şəraiti mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən xəbərə görə, iyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında bu gün müşahidə olunan küləkli hava şəraiti sabah gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti