Xorvatların Azərbaycana olan marağı...

Xorvatların Azərbaycana olan marağı...
  30 Oktyabr 2014    Oxunub:1123
Xorvat iş adamları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan Azərbaycan ilə enerji sektoru və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlıdırlar.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə energetika naziri Natiq Əliyevin oktyabrın 30-da Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə söhbət gedib.

Xanım Pusiç Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə edib, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsində yüksək səviyyəli səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Energetika naziri N.Əliyev Azərbaycan və Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir respublikamızda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

N.Əliyev bildirib ki, Azərbaycan iri infrastruktur layihələrinin, o cümlədən bir müddət əvvəl Bakıda təməlqoyma mərasimi keçirilmiş “Cənub” qaz dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda Azərbaycanın xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısı olduğu qeyd edilib.


Teqlər:





Xəbər lenti