Xorvatiya prezidenti Bakıda Prosineçki ilə görüşəcək

Xorvatiya prezidenti Bakıda Prosineçki ilə görüşəcək
  23 Oktyabr 2016    Oxunub:3799
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcək.
AzVision.az "Report"a istinadən xəbər verir ki, görüş xanım dövlət başçısının oktyabrın 23-dən ölkəmizə başlanacaq üç günlük səfəri çərçivəsində baş tutacaq.

48 yaşlı prezidentin səfər proqramına Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxil edilib. Onların arasında ən məşhur sima məhz Prosineçkidir. Dəqiq tarix açıqlanmasa da, onların səfərin sonuncu günündə bir araya gələcəkləri gözlənilir.

Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyadadır. O da elə sabah Bakıda olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti