Xodorkovski beynəlxalq axtarışa verildi

Xodorkovski beynəlxalq axtarışa verildi
  11 Fevral 2016    Oxunub:1950
Rusiyanın “YUKOS” neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski Nefteyuqanskın meri Vladimir Petuxovun qətli üzrə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Bu barədəAzVision.az “İnterfaks”-a istinadən xəbər verir.

“İnterpolun Rusiyadakı milli bürosu Baş prokurorluqdan və İstintaq Komissiyasından daxil olmuş materiallara əsasən Xodorkovskini beynəlxalq axtarışa verib. Müvafiq qərar İnterpolun Lionda yerləşən mərkəzi bürosuna göndərilib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, İnterpolun mərkəzi ofisi bu qərarı Rusiya bürosundan müvafiq məktubu nəzərdən keçirdikdən sonra qərara alıb.

Daha öncə Moskva şəhər məhkəməsinin YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovskinin qiyabi həbsinə dair qərarı qanuni hesab etməsinə dair məlumat yayılmışdı.

Xodorkovski 1998-ci ildə Nefteyuqansk merinin qətlini sifariş etməkdə ittiham edilir. Basmannı məhkəməsi YUKOS-un həbsinə dair sanksiya verib. Xodorkovskinin hazırda Böyük Britaniyada olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti