Xocalı faciəsinin 25-ci ildönümünə hazırlıq - FOTOLAR

Xocalı faciəsinin 25-ci ildönümünə hazırlıq - FOTOLAR
  22 Fevral 2017    Oxunub:5660
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisindəki Xocalı parkı və “Ana harayı” abidəsinin yerləşdiyi ərazidə hazırlıq işlərinə başlanılıb.

Hər il olduğu kimi bu il də soyqırıma həsr olunmuş abidə kompleksində və abidənin yerləşdiyi park xiyabanda abadlıq işləri aparılır. Faciə haqqında məlumatların və fotoşəkillərin əks olunduğu və soyqırımın 25 illiyinə həsr edilmiş xüsusi bukletlər hazırlanıb.

Parkın ərazisində əkilmək üçün 100 mindən çox gül və bəzək kolu tədarük edilib. Bu günlərdə parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyünün salınmasına və gül kollarının əkilməsinə başlanılıb.

Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında abadlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Vətən harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.









































Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:





Xəbər lenti