Xızıda top mərmisi tapılıb

Xızıda top mərmisi tapılıb
  21 Noyabr 2014    Oxunub:1011
AzVision.az FHN-nin rəsmi internet saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonunda döyüş sursatı aşkarlanıb.

Mütəxəssislər tərəfindən istifadəyə yararsız olan 1 ədəd 125 mm-lik top mərmisi ərazidən götürülərək zərərsizləşdirilib. Əməliyyat saat 14:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti