Xırdalandan Yasamala yol çəkilir

Xırdalandan Yasamala yol çəkilir
  20 Avqust 2014    Oxunub:2153
Xırdalandan Yeni Yasamal istiqamətində alternativ yolun çəkilişi nəzərdən keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov qeyd edib ki, hazırda bununla bağlı müvafiq işlər aparılır. “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa dairəvi avtomobil yoluna çıxışı təmin edəcək yeni yol paytaxtın şimal girişində nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.

Bakı və Sumqayıt arasında elektrik qatarı xəttinin çəkilməsi məsələsinə də toxunan nazirliyin mətbuat katibi bildirib ki, bununla bağlı xarici tərəfdaşlarla müzakirələr aparılıb. Lakin bu xəttin çəkilişi böyük həcmdə vəsait tələb etdiyindən, hələlik konkret qərar qəbul edilməyib.



Teqlər:





Xəbər lenti