Xırdalanda oğul anasını qətlə yetirib

Xırdalanda oğul anasını qətlə yetirib
  24 Oktyabr 2014    Oxunub:1618
Abşeron rayonunda qətl törədilib.
AzVision.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü, Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü, Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.

Hadisəni törədən H. Nağızadə saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti