Xəzər yenə can aldı

Xəzər yenə can aldı
  28 İyun 2016    Oxunub:1611
Bakının Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində 1 nəfər batıb.
AzVision.az -ın FHN-in saytına istinadən məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti