Xəzər Universiteti ən yaxşılar arasında

Xəzər Universiteti ən yaxşılar arasında
  20 Dekabr 2014    Oxunub:3224
Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələri, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, “QS” təşkilatı cari il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinqdə Xəzər Universiteti 39.6 balla 71-ci yerdə qərarlaşıb.

Reytinqin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir və bu indikator üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.“QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı https://azvision.az/redirect.php?url=http://www.iu.qs.com/eeca2014-rankings-results/ linkindən əldə etmək mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti