Xəzər TV-nin aparıcısı bıçaqlandı

Xəzər TV-nin aparıcısı bıçaqlandı
  23 Sentyabr 2014    Oxunub:2863
Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.
AzVision.az anspress-ə istinadən bildirir ki, hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdikləri məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.

Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.

Hadisədən sonra ərazidə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma apaılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutulmasi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.


Teqlər:





Xəbər lenti