Xeyli erməni əsgər yaralandı, ölən var

Xeyli erməni əsgər yaralandı, ölən var
  18 Aprel 2015    Oxunub:2420
Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb.
Hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, hərbçiləri daşıyan URAL markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Çox sayda erməni əsgəri yaralanıb. Lakin onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 1995-ci il təvəllüdlü əsgər Artem Gerasi qəza zamanı aldığı travmadan ölüb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. (Ans)


Teqlər:





Xəbər lenti