Xəstənin sağlam ayağı kəsən həkim işdən uzaqlaşdırıldı

Xəstənin sağlam ayağı kəsən həkim işdən uzaqlaşdırıldı
  24 İyun 2016    Oxunub:3179
Xəstənin ayağını səhv kəsən cərrah həkim Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb.
AzVision.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: "Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm".

Qeyd edək ki, Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Məmmədovanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib.

AzVision.az


Teqlər:  





Xəbər lenti