Xədicə İsmayıl boykot edildi - Video

Xədicə İsmayıl boykot edildi - Video
  31 Oktyabr 2014    Oxunub:10676
İnsan Hüquqları üzrə Birgə Qrupun rəhbəri Sahib Məmmədov jurnalist Xədicə İsmayılın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidlərə cavab verib.

AzVision.az-ın məlumatına görə, S.Məmmədov bildirib ki, Avropanın bir neçə təşkilatı Azərbaycanla və regionla bağlı vəsaitlər udub:

“Bunların adlarını da çəkə bilərəm, məsələn, Norveç İnsan Hüquqları evi və s. Onların burada partnyorları var. Çox böyük vəsaitlər gəlir. Yaxşı ki, onların bir qismi məhbusların ailələrinə gedir. Bunların başında duran adamlar var. Onlar bu proseslərdə maraqlı deyillər. Bunların koordinasiyası da Xədicə İsmayıla tapşırılıb. Vəziyyətin gərgin olmasında, həbslərin artmasənda maraqlı olan qüvvələr var. İşçi Qrupla bağlı da plan belə idi ki, çalışmaq lazımdır ki, qrupun yaradılması alınmasın, alınarsa onu içəridən idarə etmək üçün öz adamları bu qrupa nümayəndə olsun, bu da baş tutmazsa, onu gözdən salmaq kampaniyası aparılsın. Artıq 3-cü mərhələdədir. Bizə irad tuturlar, amma unudurlar ki, qurumda Norveç İnsan Hüquqları evinin 3 nümayəndəsi var. Bunlar daha nə istəyirlər?”



S.Məmmədov Xədicə İsmayılın İşçi Qrupa daxil ola bilməməkdə onu təqsirli bilməsindən də danışıb: “Mən məlum bəyanatı axşamdan çap edib çantama qoymuşdum və Milli Məclisdəki iclasda onu oxumaq lazım oldu və oxudum. Buna əsasən iddia edir ki, hamı razı olub, sadəcə mən Xədicə İsmayılın qrupa daxil olmağına mane olmuşam. Əgər məni o qədər güclü hesab edirsə, onda qoysun mən İşçi Qrupda proseslərə müdaxilə etməyə davam edim”.

Novella Cəfəroğlu isə vurğulayıb ki, İşçi Qrupdakı 10 nəfərin hamısı Xədicə İsmayılın əleyhinə çıxış etdi: “Onun etimad göstərdiyi adamlar da onun əleyhinə oldu”.




Fatimə Kərimli
Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti