Xədicə İsmayıl azadlıqdadır

Xədicə İsmayıl azadlıqdadır
  25 May 2016    Oxunub:1991
Ali Məhkəmənin “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.
AzVision.az-ın məlumatına görə, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

AzVision.az



Teqlər:  





Xəbər lenti