Xasavyurtda 4 silahlı öldürüldü

Xasavyurtda 4 silahlı öldürüldü
  25 Aprel 2014    Oxunub:1315
Dağıstanda xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb.
AzVision.az xəbər verir ki, əməliyyat Xasavyurt şəhərinin Sloboda qəsəbəsində həyata keçirilib. Fərdi evi mühasirəyə alan xüsusi təyinatlılar silahlıları təslim olmağa çağırıb. İlkin məlumata əsasən, əməliyyat zamanı xüsusi təyinatlılara sərt müqavimət göstərmiş 2 kişi və 2 qadın öldürülüb. Evdə olan iki uşağın xilas olunduğu bildirilir.

Məlumata görə, öldürülən qadınlardan biri terror aktları törətməkdə şübhəli bilinərək axtarışda olub və əməliyyat zamanı özünü partlatmağa çalışıb. /APA/


Teqlər:  





Xəbər lenti