Xaricdən nə alıb, nə satırıq? - Azərbaycanın qazancı

Xaricdən nə alıb, nə satırıq? - Azərbaycanın qazancı
  26 Noyabr 2015    Oxunub:2819
Dövlət Statistika Komitəsinin məlumatna görə, 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan olan hüquqi və fiziki şəxslər dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 129 ölkədən isə idxal edilib.
Son illər idxal-ixrac əməliyyatlarına külli miqdarda vəsait sərf olunur.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, idxal və ixcar əməliyyatlarına milyardlarla dollar vəsait sərf olunur.

Açıqlanan rəqəmlərə görə, Azərbaycan xaricdən daha çox yeyinti məhsulları alır. Dövlət Gömrük Komitəsindən saytımıza bildirilib ki, bu ilin 10 ayı ərzində ölkəyə 15 075, 41 min dollar dəyərində ət, 4 739,25 min dollar süd, 18 333,08 min dollar kərə yağı, 46 280, 23 min dollar meyvə-tərəvəz gətirilib.

Xaricdə alınan məhsullar arasında sement, tütün, neft məhsuları, maşın mexanizmləri, mebel və onun hissələri də var.

Komitənin verdiyi məlumata görə, 2015-ci ilin 10 ayı ərzində ölkəyə 218 785, 64 min dollar məbləğində əczaçılıq məhsulu alınıb. Keçən il bu rəqəm 190 585, 73 min dollar olub.

Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinə isə 1 849 499,96 min dollar xərclənib.
Ötən illə müqayisədə bu sahədə alınan mallarda xeyli azalma olub. Belə ki, keçən il bu sahəyə 2 057577, 94 min dollar xərclənib.

Nəqliyyat vasitələri və onların hissələrinin alınmasına isə 1 088 512,98 min dollar vəsait sərf olunubş
Keçən il maşın və ehtiyat hissələrinə 637 167,44 min dollar pul verilib.

Azərbaycan idxalla sərf etdiyi pulla yanaşı ixracdan da külli miqdarda vəsait əldə edib. Belə ki, ölkəmiz əsasən xaricə xam neft satıb. Amma keçən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə azalma baş verib. Bu ilin 10 ayı ərzində Azərbaycan xaricə 9 764 978,13 min dollarlıq xam neft satıb. Halbuki, keçən il bu rəqəm 19 194 938,29 min dollar olub. Müqayisədə təbii qaz satışından əldə olunana gəlirlərdə azalma müşahidə edilir.
2014-cü ilin 10 ayı ərzində 257 063, 68 min dollarlıq qaz satışı olubsa , bu ilin 10 ayı ərzində 186 717,51 min dollarlıq təbii qaz satmaq mümkün olub.

Spirtli və spirtsiz içkilərin ixracında da azalma qeydə alınıb. Belə ki, ötən il 28 185,66 min dollar, bu il isə 21 128,58 min dollarlıq ixrac həyata keçirilib.

Azərbaycan xarici ölkələrə gön dəri məmulatları da satır.Bu ilin 10 ayında 10 205,40 min dollarlıq emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri satılıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti