Xaricdən DSMF-yə daxil olan müraciətlər

Xaricdən DSMF-yə daxil olan müraciətlər
  21 Aprel 2015    Oxunub:1141
Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan müraciətlərin sayı açıqlanıb. DSMF-yə 3 ay ərzində MDB ölkələrindən 1030 müraciət daxil olub.
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Əmrah Fəqanoğlunun AzVision.az-a verdiyi məlumata görə, qeyd olunan dövr ərzində MDB ölkələrindən 652 müraciət göndərilib ki, bunların da 613-nü Rusiyadan daxil olan müraciətlər təşkil edib. Müraciətlərin mövzusu ümumilikdə vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarət olub.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti olub. Qardaş ölkədən Fonda 66 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətində olub.

DSMF-yə daxil olan digər 312 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Gültəkin


Teqlər:





Xəbər lenti