Xaricdə təhsil alanlara xəbərdarlıq

Xaricdə təhsil alanlara xəbərdarlıq
  29 May 2015    Oxunub:2313
Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlərin qəbulu 15.06.2015-ci il tarixdən 01.09.2015-ci il tarixədək dayandırılacaq.

Bu müddət ərzində yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunacaq.


Teqlər:





Xəbər lenti