Xanım aparıcıdan deputata sərt cavab

Xanım aparıcıdan deputata sərt cavab
  26 Noyabr 2014    Oxunub:5451
“Müsəlman ölkəsində yaşamırıq ki, çadranı başımıza atıb efirə çıxaq”.
Teleaparıcı Tunay Əliyeva millət vəkili Sabir Rüstəmxanlının aparıcıların efirdəki geyimi bağlı bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleaparıcı bildirib ki, Sabir Rüstəmxanlı başa düşməlidir ki, biz inkişafda olan ölkədə yaşayırıq:

“Azərbaycan inkişaf edir, müasirliyə doğru gedirik. Sırf müsəlman ölkəsində yaşamırıq ki, çadranı başımıza atıb efirə çıxaq. Bizim efirlər Sabir Rüstəmxanlını qane etmirsə, gedib Ərəb Əmirliyində otursun, oradakı telekanallara baxsın. Deyir ki, teleaparıcılar xarici seriallara baxır, özlərini onlara bənzədir. Bizim xanımlarımız o qədər dəblidirlər ki, ən son modadan istifadə edirlər. Sabir bəyi bizim geyimlərimiz narahat edirsə, brend firmalara müraciət etsin və istədiyi geyimləri hazırladıb Azərbaycana gətirsin. Çünki biz brend butiklərindən alış-veriş edirik. Sabir Rüstəmxanlı hansı dəyərlərdən danışır? Biz 60-cı illərdə qalmalıyıq? Türk dilində danışmağımıza irad bildirib. Sabir Rüstəmxanlı türk deyil? Buna şübhəm yaranıb. Osmanlı türkləri bizim qardaşımızdır. Bizim doğmalaşmağımızda heç bir qüsur yoxdur”.(qafqazinfo)




Teqlər:  





Xəbər lenti