Xanım prezident istefaya göndərildi - (VİDEOXƏBƏR)

Xanım prezident istefaya göndərildi - (VİDEOXƏBƏR)
  09 Dekabr 2016    Oxunub:4537
Cənubi Koreyada parlamentdə keçirilən impiçment səsverməsində prezident Pak Kın Xen məğlubiyyət olub.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, impiçment parlamentdə keçirilən gizli səsvermədən sonra elan edilib. 234 deputat qərarın lehinə, 56 deputat isə əleyhinə səs verib. Qərardan sonra xanım prezident səlahiyyətlərinin icrasından kənarlaşdırılacaq. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək.

Konstitusiya Məhkəməsinin Milli Assambleyanın impiçmentlə bağlı qərarını təsdiqləyəndən sonra qüvvəyə minəcək. Konstitusiya Məhkəməsi ən geci 180 gün ərzində qərarı təsdiq etməlidir. Əgər ölkə prezidentinin impiçmenti təsdiq olunarsa növbədənkənar prezident seçkisi elan olunacaq.

Qeyd edək ki, Pak Kın Xen korrupsiya ittihamları ilə üzləşib. Onun rəfiqəsi olan Xoi Sun-silin xanım prezidentlə yaxınlığından istifadə edərək nüfuz və pul əldə etdiyi bildirilir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti