Xanım nazir həbs edildi - Ölkədə rüşvət qalmaqalı

Xanım nazir həbs edildi - Ölkədə rüşvət qalmaqalı
  21 Yanvar 2017    Oxunub:3772
Cənubi Koreyanın Mədəniyyət, idman və turizm naziri Ço Yun Sun həbs edilib.
AzVision.az “Kiodo” agentliyinə istinadən məlumat verir ki, Ço Yun Sun hökumətin yüksək təbəqələrində korrupsiya ilə bağlı yaradılan xüsusi komissiyanın müstəntiqlərinin müraciətindən sonra həbs edilib.

Qadın nazir həbs edildikdən sonra vəzifəsindən istefa verib. O, ölkə prezidenti Pak Kın He hökumətinə qarşı tənqidi mövqedə olan 9400-dən çox mədəniyyət və incəsənət nümayəndələrini “qara siyahı”ya salmaqda şübhəli bilinir.

Bundan başqa məhkəmə, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbərinin həbsinə dair də order verib.

Ço Yun Sun Cənubi Koreya tarixinə xidməti vəzifələrinin icrası zamanı həbs edilən ilk nazir kimi düşüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti