Xamneyi Kerrinin yalanını üzə vurdu

Xamneyi Kerrinin yalanını üzə vurdu
  16 Sentyabr 2014    Oxunub:1521
ABŞ dövlət katibi Con Kerri yalan danışır.
AzVision.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamneyi bildirib.

ABŞ rəsmilərinin İŞİD-ə qarşı koalissiyaya qoşulması üçün İrana dəvət göndərmədikləri haqda dediklərini təkzib edən Xamneyi ABŞ rəsmilərinin yalan danışdığını deyib.

“Onlar yalan danışırlar. Kameralar özündə İŞİD məsələsində İrandan dəstək istəmədiklərini deyən ABŞ dövlət katibi Con Kerri şəxsən İranın xarici işlər naziri Cavad Zarifə işbirliyi təklifi etmişdi. Cavad Zərif təbii ki, bu təklifi geri çevirdi. Biz onların təkliflərini rədd etdik. Onlar isə yalan danışaraq bizi koalissiyaya dəvət etmədiklərini deyirlər”.

AzVision.az


Teqlər:





Xəbər lenti