Xamneyi İŞİD-lə vuruşmaqdan imtina etdi

Xamneyi İŞİD-lə vuruşmaqdan imtina etdi
  15 Sentyabr 2014    Oxunub:2594
İran ABŞ-ın İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı birgə mübarizə aparmaq təklifinə rədd cavabı verib.
AzVision.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı İranın ali dini lideri Əli Xamneyi bildirib.

“Lap əvvəldən ABŞ İraqdakı səfirliyi vasitəsilə bizdən İŞİD-ə qarşı birgə mübarizə aparmağı istəyib. Onların əlləri qana batdığı üçün mən bu təklifdən imtina etdim. ABŞ dövlət katibi Con Kerri də İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə eyni təklifi edib və o, bu təklifdən imtina edib”- deyə, Xamneyi bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti